T.Toulmən kitabını Brunoya bağışlayıb

Toleman komandasının təssiçisi Ted Toulmən hazırda Asvtraliyanın MİNİ Challenge çempionatına başçılıq edir. Ted bu uik-end müəllifi olduğu “Toleman-ın tarixi – […]

Toleman komandasının təssiçisi Ted Toulmən hazırda Asvtraliyanın MİNİ Challenge çempionatına başçılıq edir. Ted bu uik-end müəllifi olduğu “Toleman-ın tarixi – Formula1-də son romantiklər” kitabını şəxsən Hispania komandasının sürücüsü Bruno Sennaya təqdim edib.

Bu simvolik məna daşıyıb: Ayrton Senna məhz Tedin komandasında 1984-cü ildə Formula1-də debüt etmişdi. Əfsanəvi sürücünün bacısı oğlu hədiyyəni qəbul edərkən qüssələnib: istisna deyil ki, bu kitabda Bruno dayısı barədə nəsə yeni bir məlumat tapacaq – Ayrton Toleman komandasında 15 Qran Pri keçirib.

Ted Toulmən: “Avstraliya Qran Prisi ərəfəsində bu kitabı Brunoya təqdim etmək mənim üçün böyük şərəfdir. Kitabda onun dayısı barədə çox məlumat var və mən ümid edirəm ki, Bruno da ona oxşayacaq. Əlbəttə, mən fəxr edirəm ki, vaxtilə Ayrtonu Formula1-ə mən gətirmişəm: bizim maşınla onun etdiyini heç kim edə bilmirdi.”

Xatırladaq ki, Toleman komandası 1986-cı ildə Benetton şirkəti tərəfindən alınaraq eyniadlı komandaya çevrilib, 2000-ci ildən isə komanda Renault şirkəti tərəfindən alınıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*