Toyota Motorsport-un bəyanatı

Brawn GP, Toyota və Williams maşınlarının reqlaentə uyğun gəlməsini bildirən Beynəlxalq Apelyasiya Məhkəməsinin qərarı məlum olan kimi Toyota konserninin yarış […]

Brawn GP, Toyota və Williams maşınlarının reqlaentə uyğun gəlməsini bildirən Beynəlxalq Apelyasiya Məhkəməsinin qərarı məlum olan kimi Toyota konserninin yarış bölməsi hamıdan birinci olaraq bəyanat yayıb…

“Toyota Motorsport şaddır ki, FİA-nın Beynəlxalq Apelyasiya Məhkəməsi Avstraliya və Malayziya Qran Prilərinin stüardlarının bizim maşının arxa diffuzoru barədə qərarını qüvvədə saxlayıb.

Biz həmişə hesab etmişik ki, 2009-cu ilin texniki reqlamentini tam təfərrüatına kimi araşdırmışıq ki, onu səhv yozmayaq.

Biz həmçinin FİA-nın məsləhətlərinə qulaq asmışıq və bu bizim reqlamenti düzgün yozmamıza çox kömək edib.

Beləliklə, biz tam əmin idik ki, bizim maşının konstruksiyası əvvəlcə Avstraliya və Malayziya sütardları tərəfindən, sonra isə Apelyasiya Məhkəməsi tərəfindən leqal sayılacaq.”

Komanda başçısı Tadaşi Yamaşina bildirib: “Mən əmin idim ki, Apelyasiya Məhkəməsi belə bir qərar qəbul edəcək və mən razıyam.

Qeyd etmək vacibdir ki, biz hem bir vaxt maşınımızın reqlamentə uyğun gəlməməsinə şübhə etməmişik. Formula1 çətin anlar yaşadı, mən şadam ki, problemlər arxada qalıb və indi biz maraqlı mövsümün qarşıdakı yarışlarına hazırlaşa bilərik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*