Bir çox rəqibləri kimi Toyota da Sinqapurda maşının son versiyasını təqdim edəcək və bundan sonra komanda bütün diqqətini perspektiv layihəyə yönəldəcək…
Paskal Vasselon: “Keçənilki Sinqapur yarışı uğurlu alınmışdı – ilk gecə yarışı bütün iştirakçılar üçün maraqlı olmuşdu. Tras asfalta yatma qüvvəsinin yüksək səviyyəsini tələb edir, Sinqapurda çox şey sürücünün ustalığından asılıdır – baryerlərə toxunmadan 23 döngəni keçməyin optimal ritmini tapmaq vacibdir. Sinqapurda daha bir faktoru nəzərə almaq lazımdır – əyləclər çox yüklənir.
Bu yarışa biz bir çox yeniliklər hazırlamışıq, bu TF109-un mövsümdə son yenilənməsi olacaq. Biz yenilikləri cümə günü yoxlayacayıq və ümid edirik ki, onlar sürüəti artırmağa imkan verəcəklər.”