15 Dekabr 2019, Bazar - 06:23

F.Alonso yağışa ümid edir

F.Alonso yağışa ümid edir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:35 - 30 Avqust, 2009

Fernando Alonso ümid edir ki, Spada yarış zamanı yağış yağsa, 13-cü yerdən start almasına baxmayaraq, xal qazana bilər… Fernando Alonso: […]

Fernando Alonso ümid edir ki, Spada yarış zamanı yağış yağsa, 13-cü yerdən start almasına baxmayaraq, xal qazana bilər…

Fernando Alonso: “Əgər yarış quru trasda, sürprizsiz keçərsə, bizə asan olmayacq – ilk səkkizliyin sonunda Kimi Rəykkönen, Timo Qlok və iki Red Bull sürücüsü start alır ki, onları ötmək çətindir, mən isə yarışa KERS qoyulmuş iki McLaren-in ortasında başlayacam. Spa trası aerodinamik sazlanmalarda kompromis tələb edir, birinci və üçüncü sektorlarda asfalta yatma qüvvəsinin aşağı səviyyəsi, ikincidə isə yuxarı səviyyəsi tələb olunur, amma mövsümün əvvəlindən R29-da aerodinamik effektlivliklə ciddi problemlərimiz var idi.

Belə bir vəziyyətdə biz yağış kömək edə bilər – nəm trasda maşını trasda saxlamaq çətin olacaq, təkər seçimini düzgün və vaxtında etmək lazımdır, bir neçə mövqe udmaq və ya uduzmaq olar, bəlkə də biz qazana bilərdik.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 404
Teqlər
Paylaş

logo