15 Sentyabr 2019, Bazar - 11:57

Top-komandalar Ştutqartda bir araya gələcəklər

Top-komandalar Ştutqartda bir araya gələcəklər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:25 - 06 May, 2011

Gələn həftə Red Bull, McLaren, Ferrari və Mercedes GP komandalarının nümayəndələri Almaniyanın Ştutqart şəhərində görüşəcəklər, görüş zamanı Formula1-in gələcəyi barədə […]

Gələn həftə Red Bull, McLaren, Ferrari və Mercedes GP komandalarının nümayəndələri Almaniyanın Ştutqart şəhərində görüşəcəklər, görüş zamanı Formula1-in gələcəyi barədə məsələlər, o cümlədən, yeni Razılıq Müqaviləsinin mətni, motorlara yeni reqlament, Berni Ekklstounla Jan Todt qarşıdurması, CVC fondu ilə bağlı məsələlər müzakirə olunacaq.

Sky News-un iqtisadi icmalçısı Mark Kleynmanın fikrincə, görüş barədə qərar ExorNews Corporation şirkətlərinin dərc etdikləri mətbuat relizindən sonra qəbul olunub, xatırladaq ki, relizdə iki biznes nəhənginin gələcəkdə dünya çempionatına sahib çıxmaq niyyətləri bildirilirdi.

Görüşün dəqiq proqramı hələ müəyyən edilməyib, amma son aylar ərzində müzakirə mövzuları çox yığılıb. Maraqlıdır ki, bu dəfə yalnız dörd aparıcı komandanın nümayəndələri toplaşmağı qərara alıblar, amma əvvəllər belə məsələlər FOTA-nın üzvü olan komandaların bir gə iclaslarında müzakirə olunurdu.

Ferrari komandasının başçısı Stefano Domenikali Auto Bild-ə bildirib: “Hələlik sakitçilikdir, amma elə hissi edirik ki, yaxın gələcəkdə nəsə baş verəcək. Biz bəzi məsələlərə aydınlıq gətirməliyik, xüsusən də kommersiya məsələlərinə. Birincisi, gələcəkdə yarışlarda kim iştirak edəcək? Mən hansı avtoistehsalçıların Formula1-ə gələ bilməsini, cari komandalardan hansının qalmasını və yeni komandaların bizə qoşulmasını nəzərdə tuturam. İkincisi, bizim şouya kim cavabdeh olacaq?”

Domenikalinin fikrincə, CVC-nin yeni sahibləri komandalarla birlikdə Formula1-i düzgün istiqamətdə inkişaf etdirə bilərlər. Gənclərin yarışlarla maraqlanması, maşınların konstruksiyalarında “yaşıl” texnologiyaların tətbiq olunması vacibdir, amma ən əsası Formula1 iştirakçılarının biznesin gəlirindən istifadə etmək imkanının artmasıdır. Domenikali hesab edir ki, 2013-cü ildə komandalar teleyayım və traslarda reklamdan alınan gəlirin indiki kimi 50%-ini deyil, 80%-ini ala bilərlər.

Autosport-un bildirdiyinə görə, qarşıdakı görüşdə həm də News Corporation-ın nümayəndələri də iştirak edəcəklər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 226
Teqlər
Paylaş

logo