Silverstounun paddokuna ad qoyulub

Britaniyanın əfsanəvi Silverstoun avtodromunda yeni pit-leynin və paddokun tikintisi başa çatmaq üzrədir. Bu gün paddok üzün azarkeşlər arasında elan olunmuş […]

Britaniyanın əfsanəvi Silverstoun avtodromunda yeni pit-leynin və paddokun tikintisi başa çatmaq üzrədir. Bu gün paddok üzün azarkeşlər arasında elan olunmuş adqoyma müsabiqəsinə yekun vurulub. Britaniyanın sürücülər klubuna (BRDC) daxil olmuş dörd min variant ciddi təhlil olunub və ən yaxşısı seçilib – yeni kompleks The Silverstone Wing – “Silverstounun Qanadı” adını alacaq…

Riçard Fillips, baş menecer: “Silverstounun Qanadı – əla addır. Yaradıcılıq tapşırığında biz əsas sözləri göstərmişdik – uçuş və sürət, axı yeni binanın forması quş qanadının dinamikası və gözəlliyi ilə müqayisə olunur.”

Maraqlıdır ki, bu adı eyni zamanda 10 nəfər təklif edib – onların hamısı qalib elan olunub və hər biri gələn il avtodromda keçiriləcək Formula1 və MotoGP yarışlarına pulsuz biletlə mükafatlandırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*