Team Lotus yenə R.Teşeyranı dəvət edib

28 yaşlı anqolalı sürücü, GP2 və Formula2 seriyalarının keçmiş sürücüsü Rikardo Teşeyra Team Lotus komandasının testlərinə dəvət olunub və bu […]

28 yaşlı anqolalı sürücü, GP2 və Formula2 seriyalarının keçmiş sürücüsü Rikardo Teşeyra Team Lotus komandasının testlərinə dəvət olunub və bu gün Barselonada T128-in sükanı arxasında oturacaq. Çox güman ki, Rikardo komanda ilə ehtiyat və test sürücü müqaviləsi imzalayacaq.

Bugünkü testlərə komanda heykki Kovalaynenlə başlayacaq, nahardan sonra isə Teşeyra onu sükan arxasında əvəz edəcək – komanda sürücünün trasda 30 dövrə vurmasını planlaşdırır, bundan sonra Heykki işini davam etdirəcək.

İki həftə əvvəl Teşeyra komanda ilə Valesniya testlərində reklam çəkilişlərində işləmişdi…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*