Team Lotus-un sahibləri Caterham Cars-ı alıblar

Toni Fernandesin idman maşınları istehsal edən kiçik Caterham Cars şirkətini alması barədə dünən peyda olan şayiələr bu gün təsdiqini tapıb. […]

Toni Fernandesin idman maşınları istehsal edən kiçik Caterham Cars şirkətini alması barədə dünən peyda olan şayiələr bu gün təsdiqini tapıb. Jurnalist Co Savar öz bloqunda belə bir faktı dərc edib: Britaniya şirkətlərinin reyestrində belə bir dəyişiklik tapıb ki, Kamarudin ibn Meranun və Əntoni Frənsis Fernandes, yəni Team Lotus komandasının həmsahibləri bir həftə əvvəl Caterham Cars Group Ltd.Caterham Cars Ltd. şirkətlərinə direktor təyin olunublar…

Bu hərəkətin mənası var: 1959-cu ildə Caterham Cars özü Lotus şirkətinin dileri idi və 1970-ci ildən məşhur Lotus Seven modelini istehsal etməyə başlayıb, bu hüquq şirkətə Lotus-un təsisçisi Kolin Çepmen vermişdi.

Savarın yazdığına görə, Fernandes əvvəldən avtomobil istehsalı sənayesinə yol axtarırdı və Lotus komandasının canlandırılması bu istiqamətdə ilk addım idi, növbəti addım isə Group Lotus-a nəzarəti ələ keçirmək idi. Bu plan baş tutmadı, çünki Group Lotus-un sahibi olan Malayziyanın Proton konserni başqa addım atdı.

Caterham Cars şirkəti idman maşınları istehsal etdiyi üçün Fernandesin bu brendə yeni müştərilər cəlb etmək imkanı var, hər şeydən əvvəl Asiya bazarında. İstisna deyil ki, Toni bu işə başqa iş adamlarını da şirnikləşdirəcək. Çox güman ki, gələn həftə komanda adının da dəyişməsini elan edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*