J.Vilnöv: “Mercedes Okona əngəldir”

Formula1 üzrə sabiq Dünya Çempionu Jak Vilnöv bildirib ki, Mercedes öz yetirməsi Okonu həm dəstəkləyir, həm də karyerasına maneələr törədir.

F-1.az xatırladır ki, Mercedes-in gənc sürücü proqramının yetirməsi Okon son iki mövsümdə Force İndia ilə qənaətbəxş nəticələr göstərsə də, bu il komandasız qalıb. Fransalı sürücü 2019-cu ildə Mercedes komandasının test və ehtiyat sürücüsü olacaq.

Qeyd edək ki, Mercedes-in gənc sürücü proqramından Verlyayn və Okon kimi sürücülər çıxsa da, hər ikisi də “gümüşü oxlar”la yarışa bilməyiblər.

Okonla McLaren və Renault komandaları maraqlansalar da, Mercedes gənc sürücünü buraxmayıb.

Jak Vilnöv: “Esteban Okon Mercedes-in hesabına Formula1-də yarışdı, amma indi Mercedes-ə görə heç hara gedə bilmir. Sponsor gətirmədən və pul vermədən Formula1-də yarışdı. Bu hal onun üçün yaxşı idi. Məncə, müsbətyönlü düşünməli və özü ilə fəxr etməlidir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*