J.Vilnöv: Lekler çempionluğu öz əli verir

Formula1 üzrə 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv bildirib ki, Şarl Lekler titulu əldən vemrək üçün hər şey edir.

F-1.az xatırladır ki, Lekler Fransa yarışında lider gedərkən bolidin idarəetməsini itirərək, mübarizəni dayandırıb. Beləliklə, o əsas rəqibi Ferstappenin 63 xal gerisinə düşüb.

Jak Vilnöv: “Yarış maraqlı idi. Lakin daha maraqlı ola bilərdi. Hava çox isti idi Mübarizə üçün hər şey mövcud idi. Lekler və Ferstappen eyni tempdə gedirdilər. Lekler lazımsız səhv edənə kimi… Özü də bilir ki, belə davam etsə, çempionluğa layiq olmayacaq. Onu anlaya bilmirəm. Özü də Avstriyadakı çətin qələbədən sonra…

Ferstappenlə fərqləri budur: Onun başına belə hallar gəımir. Leklerə məğlub olanda ən pis halda ikinci olur və bununla da çempionatda fərqin bağlanmasına icazə vermir. Bolidləri bir-birinə yaxın olsa da, fərq çoxdur. Bu da bizə “çempionluq necə əldən verilər” dərsi verir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*