R.Kubitsa sabotaj edir?

Sabiq Formula1 sürücüsü Jak Vilnöv bildirib ki, Kubitsa yarışmaq şansını artırmaq üçün Williams-ın inkişafını ləngidə bilər.

F-1.az xatırladır ki, Williams komandası bu il ən gənc sürücü heyətinə sahibdir. Kubitsa isə komandanın test və ehtiyat sürücüsüdür.

Britaniya komandası builki bolidi anlamaqda çətinlik çəkir. Vilnöv isə Kubitsadan şübhələnir: “Williams-ın vəziyyətini anlamaq çətindir. Testlərdə bolidin çətin idarə olunduğunu gördük. Bolidin bütün potensialını isə Kubitsa istifadə edə bilirdi və ən çox təkmilləşdirən sürücü idi. Məncə, digər sürücülərin vəziyyətini çətinləşdirmək üçün bilərək etdi. Onun xəyalı yarışmaqdır və yerinə olsam, mən də eynisini edərdim”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*