T.Volff: “Yuxudan ayıldıq”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Kanadadakı problemlər onları yuxudan ayıldıb.

F-1.az xatırladır ki, “gümüşü oxlar” Kanadada ilk sərbəst yürüşlərdə Bottasın maşınında yanacaq sistemində problem yaşamışdı. Yarışdan əvvəl isə Həmiltonda hidrovlik problem olmuşdu. Yeni mühərrikdən istifadə edən Racing Point komandasının sürücüsü Ləns Strollun isə üçüncü sərbəst yürüşlərdə motoru partlamışdı.

Toto Volff: “Kanadada yuxudan ayıldıq. İlk 6 yarışda etibarlı təsir bağışlasaq da, həftəsonu ərzində çoxlu problemlər yaşadıq. Əksəriyyəti isə bizim düzəltdiyimiz detallara görə oldu. Amma bəxtimiz gətirdi. Problemləri düzəldə bildik. Yarış vaxtı olsa, həftəsonumuz məhv olardı. Lakin istedadlı mexaniklərimiz buna imkan vermədi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*