Volff: Zandfortda qalib gəlmək üçün son şansımız var

Niderland Qran Prisindən əvvəl Mercedes komandasının rəhbəri Toto Volff qarşıdakı mərhələ və mövsümün ikinci yarısı üçün vəzifələrdən danışıb…

Toto Volff: “Mövsümün ilk hissəsində xallar itirdik və rəqiblər fərqi azaltmağa nail oldular. Başa düşürük ki, ikinci hissədə daha artığına nail olmalıyıq.

Titulların taleyi planlarımızı nə dərəcədə səmərəli reallaşdırmağımızdan, qarşıdakı on iki yarışda maşını nə qədər tez təkmilləşdirə biləcəyimizdən asılıdır. Yeniliklər baxımından rəqiblərdən bir qədər geri qalsaq da, üzə çıxara biləcəyimiz effektivlik ehtiyatımız və bunun üçün aydın inkişaf planımız var.

Təqvimə qayıtdığı vaxtdan bəri Zandfortdakı mərhələ unikal çağırış olaraq qalır. Mənimsənilməsi çətin olan mürəkkəb tras, azarkeşlərin yaratdığı inanılmaz atmosfer – bu yarış komandalarla sürücülərin səbirsizliklə gözlədiyi hadisəyə çevrilib. Qələbəyə yaxın olmuşuq, amma müasir erada orada hələ qalib gəlməmişik. Bu həftəsonu vəziyyəti dəyişmək üçün son şansımız var və biz bu çağırışı qəbul etməyə hazırıq”.