T.Volff: Macarıstan müəmmadır

Mercedes motorsport-un rəhbəri Toto Volff bildirib ki, Macarıstandakı performansları müəmmalıdır.

F-1.az xatırladır ki, “gümüşü oxlar” Fransada yaxşı performans göstərərək, ikili podium əldə etmişdilər.

Toto Volff: “Fransada yaxşı xallar qazanmaq gözəl olsa da, görüləcək işlərimiz var. Liderlərə vahid dövrədə uduzuruq. Yarışın əvvəlində çətinlik çəkirik.

Son yarışda etibarlılığımız yüksək səviyyədə idi. Hər iki sürücümüz də yaxşı performansla podiuma yüksəldilər. İndi isə Fransaya tamam əks olan Hunqarorinqə gedirik. Bizi orada fərqli yarış gözləyir. Orada necə olacağımızı proqnozlaşdıra bilmirəm. Əlimizdən gələni edəcəyik. Bu yarış həm də əsas sponsorumuz Petronas ilə 250-ci yarışımızdır. Gözəl uğurdur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*