Rəsmən: Bottas daha bir il Mercedes-də yarışacaq

Mercedes komandası Valtteri Bottasla olan müqaviləsini daha bir il uzadıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücünün müqaviləsi ilin sonunda bitəcəkdi. Amma “gümüşü oxlar” Silverstoundakı 70-ci İldönümü Qran Prisindən əvvəl Bottasla olan müqaviləsini uzadıb.

Qeyd edək ki, Bottas bu mövsümə yaxşı başlayıb və ilk 4 yarışın üçündə podiuma yüksələ bilib.

Valtteri Bottas: “Mercedes-də qaldığımçün xoşbəxtəm. Mənə inandıqları üçün onlara təşəkkür edirəm. Belə böyük komandada yarışacağım üçün qürurluyam”.

Toto Volff: “Valtteri ilə yeni müqavilə uzatdığımız üçün həyəcanlıyıq. Valtteri bu il çox güclürdür. Təkcə performansına görə yox, həm zehni, həm fiziki cəhətdən daha güclüdür. Hazırda ikinci yerdədir. Məncə, biz ən yaxşı sürücü cütünə sahibik. Buna görə də bu gücü daha bir il qorumaq yaxşı oldu. Valtteri həm yaxşı komanda yoldaşıdır, həm də çalışqandır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*