T.Volff: Güc nisbəti dəyişəcək

Mercedes Motorsport-un rəhbəri Toto Voıff bildirib ki, güc balansı trasdan trasa dəyişir.

F-1.az xatırladır ki, mövsümün ilk 3 yarışında əsas rəqabət Red Bull və Mercedes arasında olub. Bu mübarizənin Barselonada da davam etməsi gözlənilir.

Toto Volff: “Ardıcıl yarışlar mövsümü çətinləşdirir. Eyni zamanda növbəti mübarizə üçün də vaxt qalmır. Portuqaliyadakı yarışdan sonra İspaniya üçün səbirsizlənirik.

Portimao-da dubl podyum etməklə vacib iş gördük. Valtteridə sensor problemi olmasaydı, qələbə dublu edə bilərdik. Görüləcək çox iş var və güc balansı trasdan-trasa dəyişəcək. Buna görə də hər həftəsonu var qüvvəmizlə sürməliyik. Bütün mövsüm ərzində Red Bull-la mübarizə aparacağıq. Buna görə də İspaniya yarışını həyəcanla gözləyirik.

Qış testləri üçün Barselonada bir az vaxt keçirərdik, amma bu il belə olmadı. Buna görə də bizə maraqlıdır ki, trasa çıxanda nə baş verəcək. Bu tras döngələri və uzun düzlüyü ilə bolidlər üçün əsl testdir. Arxa təkərlərə yaxşı nəzarət etmək lazımdır və biz bu yöndən zəifik. Görək nə olur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*