A.Sutilin meneceri Lyuksun bəyanatına cavab verib

Dünən Lotus Renault GP komandasının həmsahibi Erik Lyuks rəsmən təsdiq edib ki, Çin yarışından sonra baş vermiş insidentlə əlaqədar məhkəməyə […]

Dünən Lotus Renault GP komandasının həmsahibi Erik Lyuks rəsmən təsdiq edib ki, Çin yarışından sonra baş vermiş insidentlə əlaqədar məhkəməyə müraciət edib, bu gün Adrin Sutilin meneceri Manfred Tsimmerman cavab relizini dərc edib…

Manfred Tsimmerman: “Dünən Erik Lyuksun adından mətbuatda yayılmış bəyanatdan biz bildik ki, o, Çin Qran Prisindən sonra baş vermiş insidentlə əlaqədar Adrian Sutilin ünvanına şikayət etməyi planlaşdırır.

Adrian artıq bildirib ki, onun gecə klubundakı hərəkətləri Lyuksun təsadüfən yaralanmasına səbəb olub və insidentə görə üzr istəyib. Əgər Lyuks məhkəmə araşdırmasını davam etdirsə, onda Sutil əlindən gələni edəcək ki, məsələni izah etsin və ittihamlardan təmizlənsin.

Bundan sonra biz heç bir şərh verməyəcəyik, hazırda Adrian bütün gücünü qarşıdakı Barselona və Monako yarışlarına səfərbər edib…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*