N.Pike: “Alonso? Onlar hamısı bunu bilirdilər”

Gazzetta dello Sport qəzetinə müsahibəsində üçqat dünya çempionu Nelson Pike öz oğlunun Flavio Briatore ilə münasibətlərindən və keçənilki Sinqapur qəzasından […]

Gazzetta dello Sport qəzetinə müsahibəsində üçqat dünya çempionu Nelson Pike öz oğlunun Flavio Briatore ilə münasibətlərindən və keçənilki Sinqapur qəzasından danışıb…

Nelson Pike: “Briatore belə bir ciddi cəzaya layiq idi. Komandada hamı bilirdi ki, qəza təklifini o irəli sürməmişdi, amma mənim oğlumu bu addımı atmağa o məcbur etmişdi və belə bir adam idmandan uzaqlaşdırılmalıdır. Məhz Briatore istəyirdi ki, Nelsinyo 2009-cu ildə komandada qalsın, mən ümid edirdim ki, oğlum Renault-nu tərk edəcək və Gerhard Bergerlə Toro Rosso-ya keçməsini müzakirə etmişdik, amma Nelsinyo Renault-da qalmaq istədi, çünki ehtimal var idi ki, Alonso Ferrari-yə keçəcək.

Macarıstan Qran Prisi günlərində mən Briatore ilə oğlum barədə danışdım və Flav mənə məsləhət gördü ki, mən məhkəməyə müraciət edim. O mənimlə yuxarıdan aşağı elə danışırdı ki, elə bil əmin idi ki, onun cinayəti cəzasız qalacaq. Onda mən Mosliyə zəng etdim, maks Sinqapur qəzasından xəbərdar idi, mən oğluma dedim ki, bu mövzunu genişləndirməyi özü bilsin, axı onun özü də Formula1-lə həmişəlik vidalaşa bilərdi. Qərar qəbul etmək üçün ona dörd gün vaxt lazım oldu, sonra o FİA-ya getdi.

Alonso? Komandada hamı bunu bilirdi. Sizin fikrinizcə, başqa vəziyyətdə 15-ci yerdən start alan ikiqat dünya çempionu belə tezliklə pitə getməyə razılaşardımı? Sadəcə bu əla plan idi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*