18 Sentyabr 2019, Çərşənbə - 07:16

A.Sutil: “Mən artıq üzr istəmişəm”

A.Sutil: “Mən artıq üzr istəmişəm”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:21 - 15 May, 2011

Almaniyanın Bild qəzeti Şanxayın M1nt gecə klubunda baş verən insidentin yeni təfərrüatlarını dərc edib – xatırladaq ki, insidentdə Force İndia […]

Almaniyanın Bild qəzeti Şanxayın M1nt gecə klubunda baş verən insidentin yeni təfərrüatlarını dərc edib – xatırladaq ki, insidentdə Force İndia komandasının sürücüsü Adrian Sutil və Lotus Renault GP komandasının sahibi Erik Lyuks iştirak ediblər…

Bild xahişinə əsasən, Sutil insindet barədə bir neçə kəlmə söyləyib: “Aprelin 17-də Çin Qran Prisindən sonra mən köhnə dostum Lyuis Həmiltonun qələbəsi şərəfinə təşkil olunmuş məclisə getdim. Və çox təəssüf edirəm ki, məclisdə özümdən asılı olmayaraq, qonaqlardan birini yaraladım və artıq ondan üzr istəmişəm.

Söhbət şəxsi məsələdən getdiyi üçün, nə Formula1-lə, nə də mənim peşəmlə heç bir əlaqəsi olmadığı üçün, xahiş edirəm ki, bu insidentə düzgün yanaşasınız…”

Bild-in yazdığına görə, qəribə təsadüf nəticəsində bu qalmaqallı insidentdə məhz Sutil iştirak edib – peletonun ən sakit sürücüsü olan Adrian fortepianoda gözəl ifası ilə, daim kitab mütaliə etməsi ilə də rəqiblərindən seçilir.

Erik Lyuks insidentdən sonra həkimlərə müraciət edib, çünki onun boğazı yaralanıbmış, yerli həkimlər bir neçə tikiş qoyublar. Artıq məlumdur ki, insidentin iştirakçıları hər şeyi öz aralarında həll ediblər, ona görə də sürücü üçün ciddi bir sanksiya gözlənilmir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 212
Teqlər
Paylaş

logo