K.Çandhok: “Hindistan trası vaxtında hazır olacaq”

Oktyabrın 30-da təqvimdə Hindistan Qran Prisi debüt etməlidir və Karun Çandhokun sözlərinə görə, Nyu Dehlidəki yeni avtodrom vaxtında hazır olacaq. […]

Oktyabrın 30-da təqvimdə Hindistan Qran Prisi debüt etməlidir və Karun Çandhokun sözlərinə görə, Nyu Dehlidəki yeni avtodrom vaxtında hazır olacaq.

Karuna inanmaq olar, axı onun atası – Viki Çandhok Hidistan avtoidman Assosiasiyasının prezidentidir. Britaniyanın Autosport həftəliyinə müsahibəsində Karun etiraf edib ki, onu neytral tərəf hesab etmək olmaz, çünki yarışın təşkilatçıları ilə sıx əlaqədardır. Karun əmindir ki, Formula1 maraqlı tras alacaq…

Trasda ötmələrin sayını artırmaq üçün döngələrin konfiqurasiyası, apekslərin yeri dəyişdirilib, asfalt örtüyü isə kifayət qədər enlidir. Karunun sözlərinə gröə, avtodrom hazırda mövcud olan trasların heç birinə bənzəmir…

Karun Çandhok: “Bu yaxınlarda trasa FİA-nın yarış direktoru Çarli Uaytinq baş çəkmişdi, mən də orda idim və təsdiq edə bilərəm ki, işlər qrafikə uyğun gedir. Plana əsasən, bütün işlər iyulun 31-də qurtarmalıdır. Ən pis halda tras avqustun ortalarına hazır olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*