A.Sutil McLaren və Mercedes-in köməyinə ümid edir

Adrian Sutil əmindir ki, Force İndia komandasının McLaren və Mercedes-lə əməkdaşlığı onun komandasına yeni mövsümdə mütəmadi olaraq ilk onluqda yer […]

Adrian Sutil əmindir ki, Force İndia komandasının McLaren və Mercedes-lə əməkdaşlığı onun komandasına yeni mövsümdə mütəmadi olaraq ilk onluqda yer almağa imkan verəcək. Məlum olduğu kimi bu ildən Force İndia Mercedes-dən motor, McLaren-dən ötürmələr qutusu alacaq, bundan başqa adlı-sanlı komandanın digər əlavə texniki dəstəyinə ümid etmək olar…

Adrian Sutil: “Məncə, bu ciddi kömək olacaq və biz böyük inkişafa nail olacayıq. Bəlkə biz dodğrudan da hər bir yarışda ilk onluğa düşdük, bəlkə də bir çox yarışlarda xal da qazandıq.

Hesab edirəm ki, yeni texniki reqlament məni məcbur edəcək ki, sürmə stilimi dəyişim. Lakin mən artıq təcrübəli sürücüyəm və mənim daha təcrübəli komanda yoldaşım var – Cankarlo Fizikella, mən ondan hələ çox şey öyrənirəm. Mən psixoloji cəhətdən də yaxşı hazıram: Formula1-də iki mövsümdən sonra mənim öz gücümə inamım çox artıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*