K.Horner: “Əsl sıralanma Bəhreyndə məlum olacaq”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, komandaların əsl gücü Bəhreyndə məlum olacaq.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” Avstraliyada mükəmməl performansla podium qazanıblar və əksəriyyərt onları çempionluq uğrunda mübarizədə favorit kimi görür.

Kristian Horner: “Çempionluq barədə danışmaq çox tezdir. Amma podium Honda üçün əla olsa da, Albert Parkdakı yarış komandaların real gücünü göstərmir. Çünki trasın quruluşu fərqlidir. Mercedes sürəti ilə hamını təəəcübləndirsə də, Ferrari məyus etdi. Lakin komandaların əsl gücü Bəhreyndə məlum olacaq. Biz isə performansımızdan razıyıq. Ümid edirəm ki, bu, güclü mövsümün başlanğıcıdır. Hələ bir yarış keçirilib. Lakin pozitiv enerjimizi performansa çevirməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*