Sürücülər FİA ilə qaydalardakı dəyişiklikləri müzakirə ediblər

Formula1 sürücüləri FİA-ya bildiriblər ki, onlar mövsümöncəsi testlərdə təkərlərin ciddi yeyilməsinə Pirelli-nin reaksiyasını görmək istəyirlər. Eyni zamanda onlar vəd ediblər […]

Formula1 sürücüləri FİA-ya bildiriblər ki, onlar mövsümöncəsi testlərdə təkərlərin ciddi yeyilməsinə Pirelli-nin reaksiyasını görmək istəyirlər. Eyni zamanda onlar vəd ediblər ki, baş qaldırmış problemləri həll etməkdə təkər istehsalçısına əllərindən gələn köməyi göstərməyə hazırdırlar.

Formula1 sürücülərinin həmkarlar ittifaqının (GPDA) nümayəndələrinin FİA-nın yarış direktoru Çarli Uaytinqlə dünən axşam Barselonada görüşündə mövsümdə yeniliklər tətbiqi müzakirə olunub, müzakirələrdə arxa antiqanadın hərəkətli elementinin istifadə qaydaları və Pirelli-nin debüt təcrübəsi xüsusi yer alıb.

Bir çox sürücülər təkərlərin tez dağılmasından narahat olduqlarını bildiriblər – sürücüləri sürətin aşağı düşməsi deyil, sürətli yeyilmənin komandaların işləməsinə mane olması daha çox narahat edir.

Yarno Trulli: “Biz təkərlərlə bağlı öz rəyimizi bildirdik. Təkərin tez yeyilməsi üzündən biz nəinki 10-15 dövrədə 5 saniyə itirirdik, həm də uzun dövrələr seriyası edə bilmirdik. Bu isə işimizə mane olur. Biz trasda daha çox vaxt keçirmək istəyirik, amma təkərlər 5-6 dövrədən sonra dağılırsa, öz proqramını yerinə yetirmək çətin olur. Ona görə də bu həftə FİA vəziyyətə reaksiya verməli oldu və cümə günü biz əlavə təkər dəsti alacayıq, bu düzgün addımdır. Biz uğurla əməkdaşlıq edirik – sürücülər, FİA, Çarli və mən əminəm ki, Pirelli də vəziyyəti düzəldəcək. Amma hazırda vəziyyət heç kimi qne etmir.”

Biz məyus deyilik, biz sadəcə bildirmişik ki, təkərlərin dağılması dərəcəsi çox yüksəkdir. Paddokda hamı hesab edir ki, Pirelli-nin Formula1-də iştirak təcrübəsi çatışmır, ona görə də çempionatın gedişində təkər testləri həm onlara, həm də bizə kömək edəcək. Mən əminəm ki, onlar vəziyyəti düzəldəcəklər, amma hələlik problemlər qalır və biz ilk yarışlarda ən azı üç dəfə pit-stop etməli olacayıq.

Mən hesab edirəm ki, istehsalçılar bizim təkliflərimizə reaksiya verəcəklər. Biz gözləyirik ki, vəziyyət düzələcək. Onların bunun üçün bütün imkanları var və mən əminəm ki, Pirelli tezliklə problemləri aradan qaldıra biləcəklər. Biz Pirelli-ni tənqid etməkdən ötrü toplaşmamışıq – onlar çempionatı təkərlərlə təchiz edirlər və işlərinin öhdəsindən də yaxşı gəlirlər. Amma biz hesab edirik ki, onlar daha yaxşı təkər hazırlaya bilərlər. Sadəcə biz onlara vaxt verməliyik, həm də mövsümün əvvəlində dəstəkləməliyik – onlar tezliklə zəruri təcrübə toplayacaqlar və bir neçə yarışdan sonra vəziyyət düzələcək.”

Pirelli Motorsport-un başçısı Pol Hembri qeyd edib ki, şirkət Formula1-dəki ilk mövsümünü vəziyyəti dərindən öyrənməyə həsr edəcək, məhz buna görə də şirkət cümə sərbəst yürüşlərində sürücülərə əlavə təkər dəsti verməyi FİA-dan xahiş edib.

Sürücülər Uaytinqlə təkərlərdən başqa arxa antiqanadın hərəkətli elementinin işini də müzakirə ediblər. Düzdür, sistemin işində hələlik heç bir təhlükəsizlik problemləri yaranmayıb, amma bəzi sürücülər, o cümlədən sonuncu dünya çempionu Sebastyan Fettel, sərbəst yürüşlərdə və sıralanma turunda sistemin qeyri-məhdud sayda sitifadə barədə məsələ qaldırıblar. Bundan başqa, onlar diqqəti hazırda kokpitdə çoxlu sayda düymə və indikatorların olmasına cəlb ediblər – bütün bunlar sürücünün diqqətini yayındıra bilər.

Sebastyan Fettel: “Məsələ bundadır ki, yarışın gedişində bu sistemdən heç də həmişə istifadə etmək mümkün olmayacaq, amma sıralanma turunda daim istifadə ediləcək, ona görə də ötürmələr qutusunun ötürmə rəqəmləri frqli olacaq. Bu isə yarışda qanaddan istifadənin effektliyini azalda bilər.

Digər tərəfdən, əgər sərbəst yürüşlərdə və sıralanma turunda ondan daim istifadə edəcəyiksə, onun nə faydası olacaq? Keçən il bizim əlimizdə hava kanalı var idi, amma biz onu istənilən vaxt aktivləşdirirdik. Amma builki elementin yarışda fydası olacaqmı? Həm də real yarış şəraitində bu təhlükəsiz olacaqmı?

Məncə, hamı razılaşar ki, bu element tam təhlükəsizdir, bu yaxşı xəbərdir. Amma bu elementin KERS-lə birlikdə istifadəsi təhlükəli ola bilər, çünki sürücülər düymələrə çox vaxt itirməli olacaqlar. Bir neçə sürücü bu məsələni qaldırıb, indi biz bu problemin ən yaşı həllini tapmalıyıq. Hələlik heç bir təklif irəli sürülməyib, amma əgər Uaytinq və komandalar qərara alsalar ki, problem həqiqətən böyükdür, onda qaydalara dəyişiklik ediləcək. Əks halda biz əlimizdə olanla işləməli olacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*