S.Peres: Gecə uzun olacaq

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, bütün gecə çox işləməlidirlər.

F-1.az xatırladır ki, meksikalı sürücü Britaniyadakı cümə sərbəst yürüşlərində müvafik olaraq 2-ci və 4-cü yerləri tutub. Lakin Çeko əfsanəvi Silverstounda poul qazanmaq istəyir.

Serxio Peres: “Məncə, çox maraqlı gün oldu. Yenilikləri sınamaq və bəzi şeylər öyrənmək maraqlı idi. Deyəsən bu gecə çox uzun olacaq. Bu təkərləri ən yaxşı harada istifadə edə biləcəyimizi təhlil edəcəyik.

Burada doğru təkərləri seçmək çox vacibdir. Əgər bunu bacarsaq, həm sırlanma turunda, həm də yarışda güclü ola bilərik. Ümumilikdə cümə günü yaxşı keçdi. Boliddə özümü yaxşı hiss edirəm və məncə, ikinci sərbəst yürüşlərdə inkişaf etmişdik. Bundan çox razıyam. Ümid edirəm ki, sabah daha bir addım atıb, poul uğrunda mübarizə apararıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*