R.Kubitsa intensiv terapiya şöbəsini tərk edib

Robert Kubitsanı müalicə edən həkim bildirib ki, polşalı sürücü qəzadan sonra bütün tibbi prosedurları keçib. İndi onu bərpa dövrü gözləyir, […]

Robert Kubitsanı müalicə edən həkim bildirib ki, polşalı sürücü qəzadan sonra bütün tibbi prosedurları keçib. İndi onu bərpa dövrü gözləyir, amma bundan əvvəl həkimlər sonuncu müayinə keçirəcəklər…

İqor Rossello: “İntensiv terapiya artıq ona lazım deyil, o bərpaya başlayıq. Robert böyük və geniş palataya keçirilib, bura ona çox rahatdır. O artıq bilək və barmaqların hərəkətliliyini artırmaq üçün müəyyən məşqlərə başlayıb.

Robert barmaqlarını müstəqil tərpədə bilir, hərçənd, bu tərpənişlər güclü deyil, qolunu yavaş-yavaş hiss edir. Çox vacibdir ki, heç bir infeksiya düşməyib – ən çox biz bundan qorxurduq.

Bu gün səhər onunla görüşmüşəm. Vəziyyətini pozitiv adlandırmaq olar. Əməliyyatlarında çətinlik törətməməsi yaxşı xəbərdir. Robert daha ağrı hiss eləmir, onun psixoloji dürümü da çox yaxşıdır. O tezliklə bərpa prosedurlarına başlamağa can atır.

İndi adi palatada qalmalıdır, ən azı iki həftə, çünki biz onun vəziyyətinə hələ nəzarət etməliyik. Yenə də infeksiyanın düşməsindən qorxuruq. İki həftədən sonra onun gələcəyi barədə düşünmək olar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*