Spada bərpa işləri başa çatmaqdadır

Biz xəbər vermişdik ki, Spa avtodromunda Paul Frere və Blanchimont döngələri arsındakı nəqliyyat tuneli martın 21-də dağılıb. Belçikanın De Morgen […]

Biz xəbər vermişdik ki, Spa avtodromunda Paul Frere və Blanchimont döngələri arsındakı nəqliyyat tuneli martın 21-də dağılıb. Belçikanın De Morgen qəzetinin verdiyi xəbərə görə, tunelin bərpa işləri aprelin 15-dək başa çatacaq.

Gələn uik-end avtodromda “Porsche günləri” çərçivəsində tədbirlər planlaşdırılıb – adətən bu günlərdə Spaya məşhur alman markasının minlərlə həvəskarı toplaşır.

De Morgen yazır ki, tikinti işlərinin gedişində müasir texnologiyalardan istifadə olunub və tunelin dağılmış hissəsi artıq bərpa olunub. İndi təhlükəsizlik sisteminin kameraları quraşdırılır və elektrik təminatı ssiteminin elementləri yenilənəcək.

Belçika avtodromunun rəhbərliyi aprelin sonuna yaxın trasın tam açılacağına ümid edir. Aprelin 30-dan burada Renault Dünya seriyasının ikinci mərhələsi keçiriləcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*