Soyuq qəbul

Sonuncu Böyük Britaniya Qran Prisi məndə qəribə hisslər oyatdı. Nədənsə, yadıma 2007-ci il düşdü, o zaman çempionata liderlik edən və […]

Sonuncu Böyük Britaniya Qran Prisi məndə qəribə hisslər oyatdı. Nədənsə, yadıma 2007-ci il düşdü, o zaman çempionata liderlik edən və əvvəlki iki yarışda – ABŞ və Kanadada iki qələbə qazanaraq doğma trasına gələn çempionatın debütantı Lyuis Həmilton şənbə günü poul qazansa da, yarışı üçüncü yerdə başa vurmuşdu. Batton Formula1-də debütant deyil, hərçənd bəzən demək istəyirəm ki, bu il biz yenidən doğulmuş Censonu izləyirik. Amma Censonun mövsümün əvəvəlindən davam edən yeddi yarışda altı qələbə və yeddi podium seriyaları ev trasında başa çatdı…

Barrikellonun üçüncü yerinə baxmayaraq – Red Bull-un iki əlçatmaz bolidlərindən sonra peletonda ən güclü olsa da, Brawn GP doğma divarlarda zəif çıxış etdi, hətta Ferrari və Williams-a liderlərlə eyni səviyyədə çıxış etməyə imkan da verdi. Bu uğursuzluğun səbəbi komandaya məlumdur – havanın soyuq olması, asfalt örtüyü və müəyyən döngələr. Təkərlərin qızıdırılması və onların şassi ilə qarşılıqlı işləməsi çox incə faktordur, ona görə də gələcək üçün yadımızda saxlayaq ki, soyuq havada Red Bull təkərlərin işləmə temperaturuna daha tez çatır, Brawn GP-yə isə isti hava şəraiti daha uyğun gəlir – lap keçən il McLaren və Ferrari-də olduğu kimi.

Censon Batton və Ross Braun Silverstounda havanın qızmasını arzu edirdilər, eyni zamanda BGP001 şassisinin işləməsinin sirlərindən danışarkən onun təkərlərə qənaət etməsini vurğulayırdılar, amma yarışın gedişində çempionatın lideri çatışmaz dönüşlükdən gileylənirdi. Bu ilin Çin Qran Prisi yadıma düşdü, o yarışda da “öküzlər” qızıl dubl etmişdilər, Censon isə üçüncü olmuşdu – o zaman yağışlı havada Brawn GP maşınlarında təkərlərin qızması problemi birinci dəfə üzə çıxmışdı.

Yeri gəlmişkən, bu gün təkcə Mühəndislər Kubokunun lideri havadan asılı deyildi. Toyota-nın hər iki pilotu da sürətli döngələri xoşlasalar da, bütün yarışı temperatur çatışmamazlığından və çatışmaz dönüşlükdən gileyləniblər, ona görə yapon komandasını da havadan asılı olanlar siyahısına əlavə edirik.

Rəqiblərin problemləri Sebastyan Fettelin xidmətlərini ucuzlaşdırmır, o özünə xas olan stildə daha bir poulunu qələbəyə çevirə bildi. İyirmi dövrə ərzində ən yaxın rəqibindən iyirmi saniyə aralanmaq güclü üstünlükdür. Heyif ki, komandası sürücünü ikinci hissəyə daha az yanacaqla göndərmişdi – alman sürücüyə “Böyük şlem”i rəsmiləşdirməyə bir neçə dövrə çatmadı, amma het-trik də – poul, sürətli dövrə və qələbə – gənc sürücü üçün pis nəticə deyil. Qeyd edək ki, bu sürətli dövrə alman sürücünün karyerasında birinci idi.

Əlbəttə, əgər Mark Uebber startda onunla yanaşı dayansa idi və ya startda Mark Rubens Barrikellonu qabaqlaya bilsəydi, komanda yoldaşını yarış zamanı darıxmağa qoymazdı. Avstraliyalı sürücünün yüksək tempi şübhə doğurmur – Rubensi pit-stopdan sonra qabaqlamaq üçün ona bircə dövrə kifayət etdi, özü də onun piti braziliyalı sürücüyə nisbətən iki saniyə çox davam etdi. Amma çox təəssüf ki, Red Bull sürücülərinin daxili mübarizəsinə Rubens mane oldu, çünki komandanın strateji müharibəsinə də baxmaq maraqlı olardı. Amma bu il bütün yarışlarda kimsə sürətli Red Bull maşınlarının qabağını kəsməklə onlara mane olur. İçşi qrup ötmələri artırmaq üçün nə qədər çalışsa da, qarşıdurmalar keçənilki kimi nəticəsiz qalır.

Bu gün daha gec pit-stop strategiyası seçmiş sürücülər yüngül çəkili rəqiblərinə nisbətən böyük üstünlük qazandılar. Mark Uebber Rubensi bir dövrə trasda çox qalamqla keçdi, əlbəttə, Censon Batton ikinci hissədə trasda daha çox qalamqla Trulli və Rəykköneni qabaqlaya bildi. Felipe Massa isə hamıdan çox qazandı: yarışa on birinci yerdən başlayan Massa birinci dövrəni səkkizinci yerdə başa vurdu, amma tezliklə Censon Batton onu keçdi. Amma daha gec birinci pit-stopdan sonra o beşinci yerə yüksəldi, ikinci pit-stopdan sonra isə Niko Rosberqi də qabaqlamaqla finişdə dördüncü oldu. Aydın məsələdir ki, daha qısa birinci hissə seçənlər bu gün daha çox itirdilər: Nakacima xal toplamadı, Rəykkönenin bəxti gətirdi və bir xal qazana bildi, Alonso isə startda geri düşməklə, əvvəlcə Haydfeldin arxasında ilişib qaldı və sonda öz komanda yoldaşına belə uduzdu.

Bir neçə kəlmə də KERS barədə yazmaq istəyirəm. Məlum olanda ki, kinetik enerjinin toplanması sistemi ötmələrdə heç bir üstünlük vermir, həmişə sistemi müdafiə edənlər tapılırdı. Komandaların bu sistemə həddən artıq məsrəf və diqqət sərf etmələrinə baxmayaraq, məsələn, Norbert Hauq həmişə fəxr edirdi ki, onların hazırladıqları sistem ən yüngüldür və filan sayda yarışda istifadə olunub, özü də McLaren yeganə komandadır ki, hələ sistemi heç maşından çıxarmayıb. Amma Silverstounda çıxarmalı oldu.

Renault bu addımı sakitcə çoxdan atmışdı. KERS-in çempionata gəlməsinin birbaşa səbəbkarı olan BMW Sauber komandası əvvəl yalnız bir maşına sistem qoydu, sonra ondan da çıxartdı və nəhayət, Silverstounda elan etdi ki, aerodinamika daha vacibdir. Prinsipcə, elə biz də, komandalar da bilirdik ki, aerodinamika vacibdir – mövsümün əvvəlində ikiqat diffuzordan istifadə edən maşınlara baxmaq kifayət idi. İndi bircə Ferrari qalıb, bəlkə də az qalıb. Bu gün yarışdan sonra Domenikalidən soruşanda ki, KERS-in tətbiqi səhv addım deyildimi, özünü saxlamayıb qışqırdı ki, əlbəttə. Təsəvvür edin ki, onun hər iki sürücüsü bu gün startda məhz KERS-in hesabına nə qədər mövqe qazanmışdılar – Kimi 9-cu yerdən 5-ci yerə, Felipe isə 11-ci yerdən 8-ci yerə yüksəlmişdi, amma komanda başçısı əbəs yerə xərclənmiş pullara təəssüflənir. Çünki startda qazanılmış 3-4 yer, sıralanma turunda itirilmiş 5-6 yerlə müqayisə oluna bilməz. Ona görə də, məncə, tezliklə peletonda “yaşıl texnologiya”dan əsər-əlamət qalmayacaq. Biz isə Maks Moslinin daha bir təklifinin qarşısına quş qoya bilərik…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*