Y.Ferstappen Markonun sözlərini təkzib edib

Maks Ferstappenin atası Yos Ferstappen bildirib ki, Toto Volff onun oğluna zəng etmir.

F-1.az xatırladır ki, Hemut Marko Toto Volffun hər gün Maks Ferstappenə zəng vurduğunu demişdi. Lakin Yos Ferstappen bu sözləri axmaqlıq adlandırıb: “Toto heç vaxt Maksa zəng etməz. Totoda onun nömrəsi də yoxdur. Mən Toto ilə hərdən bir danışıram və bu, başadüşüləndir. Red Bull və Honda tərəfdaşlığından razıyıq. Biz xəyalı reallaşdırmağa çalışırıq”.

,