22 Sentyabr 2019, Bazar - 14:12

Sonuncu testlərin tarixi dəqiqləşdirilib

Sonuncu testlərin tarixi dəqiqləşdirilib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:30 - 28 Fevral, 2011

Formula1 komandaları mövsümöncəsi testlərin sonuncu seriyasının keçirilmə tarixini dəqiqləşdiriblər – testlər martın 9-12-də Barselonada baş tutacaq. Williams komandasının texniki direktoru […]

Formula1 komandaları mövsümöncəsi testlərin sonuncu seriyasının keçirilmə tarixini dəqiqləşdiriblər – testlər martın 9-12-də Barselonada baş tutacaq.

Williams komandasının texniki direktoru Səm Maykl təsdiq edib ki, testlər əvvəl olunduğu tarixdən bir gün sonra başlayacaq.

Xatırladaq ki, ilkin plana əsasən mövsümöncəsi testlərin sonuncu seriyası martın 3-6-da Bəhreyndə keçirilməli idi, amma keçən həftə bu ölkədə baş verən iğtişaşlar üzündən həm testlər, həm də mövsümün ilk yarışı təxirə salınıb, ona görə də komandalar sonuncu testləri Barselonada keçirməyi qərara alıblar.

Mövsüm isə Avstraliyada martın 25-27-də start alacaq, Bəhreyn yarışı isə bəlkə mövsümün ikinci yarısı təqvimdə yer alacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 283
Teqlər
Paylaş

logo