Maks Ferstappen: “Realist olmalıyıq, hazırda hansı mərhələdə olduğumuzu və necə çıxış etdiyimizi anlamalıyıq. Məncə, bu həftəsonunu sadəcə mümkün qədər yaxşı keçirməyə çalışmalıyıq.
Bilirəm ki, trasın xüsusiyyətlərinə görə burada bizə çətin olacaq. Hər şeyi təhlil etməli, nə edə biləcəyimizi müəyyənləşdirməliyik, sonra isə baxarıq hansı mövqelərdə olacağıq. Son Qran Pri nəticələrinə əsasən, realist olmalıyıq.
Zandfortda ilk dövrələrdəki qəza heç bir fəsad buraxmadı – yeni SAFER baryeri [Steel And Foam Energy Reduction] öz vəzifəsinin öhdəsindən əla gəldi, zərbənin enerjisini uddu, amma soyuqdəyməyə görə özümü xəstə hiss edirdim. Xəstəlik keçəndən sonra hər şeyin qaydasında olmasının nə qədər gözəl olduğunu daha yaxşı anlayırsan, amma Zandfortda bütün həftə ərzində özümü çox pis hiss edirdim. Sonrakı bir neçə gün də elə oldu.
Əla oldu ki, Monzadan əvvəl bizim birhəftəlik fasiləmiz var idi, mən bərpa oluna bildim və indi özümü daha yaxşı hiss edirəm. Çoxdan idi ki, belə xəstələnmirdim!”





