S.Löb: “GP2 testlərinin heç bir mənası yoxdur”

Sebastyen Löbün Xeresdə GP2 testlərində iştirakı böyük maraq doğurub: dərhal şayiələr peyda olub ki, bu testlər fransalı sürücünün Formul1-də debütünə […]

Sebastyen Löbün Xeresdə GP2 testlərində iştirakı böyük maraq doğurub: dərhal şayiələr peyda olub ki, bu testlər fransalı sürücünün Formul1-də debütünə hazırlıqdır. Avtoralli üzrə beşqat dünya çempionu Formula1-ə olan marağını gizlətmir, amma Xeresdə keçirdiyi bir günlük testlərin Abu Dabi Qran Prisində debütlə bağlı olmasını istisna edib…

Sebastyen Löb: “Bu şəxsi testlər idi. Məni DPR komandası dəvət etmişdi, mən onlarla keçən il Porsche Cup seriyasının Fransa mərhələsində işləmişdim. Mənim şansım peyda oldu və mən ondan istifadə etdim. Mən Formula1 yarışında iştirakdan imtina etməzdim, amma GP2-də keçirdiyim testlərin bu məsələyə heç bir dəxli yoxdur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*