Silverstoundan yeni rekord

Böyük Britaniya Qran Prisinin təşkilatçıları arxada qalmış uik-endə yekun vurublar – havanın yağmurlu olmasına baxmayaraq üç gün ərzində tribunlara 315 […]

Böyük Britaniya Qran Prisinin təşkilatçıları arxada qalmış uik-endə yekun vurublar – havanın yağmurlu olmasına baxmayaraq üç gün ərzində tribunlara 315 min azarkeş toplaşıb.

Bazar günü yarış zamanı tribunalar tam dolu olub – 122 min tamaşaçı, şənbə günü nəzarət məntəqəsindən 105 min, cümə günü isə 88 min adam keçib.

Riçard Fillips, avtodromun başçısı: “Rekord nəticə, əla atmosfer, gözəl yarış və yeni boks kompleksinə yüksək qiymət – son illərin ən yaxşı Böyük Britaniya Qran Prisi.

Mən azarkeşlərə minnətdarlıq etməliyəm – artıq cümə günü bəzi avtodromlarda yarışa gələnlərin sayından çox tamaşaçı toplamışdıq. Finişdən sonra biz trası açdıq, tamaşaçılar podiuma tam yaxınlaşdılar – çox yaddaqalan an oldu.”

Gələn ilin Qran Prisinə biletlərin satışı artıq başlayıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*