Silverstoun satılmır

Silverstoun avtodromunun sahibləri mətbuatda dolaşan şayiələri təkzib ediblər, keçən həftə yerli mətbuat trasın Formula1 təqviminə qaytarılmasına zəmanət verən Berni Ekklstouna […]

Silverstoun avtodromunun sahibləri mətbuatda dolaşan şayiələri təkzib ediblər, keçən həftə yerli mətbuat trasın Formula1 təqviminə qaytarılmasına zəmanət verən Berni Ekklstouna trasın satılması barədə danışıqlar barədə məqalələr dərc etmişdi…

Britaniya sürücülər klubunun başçısı Robert Bruks yerli Northampton Chronicle qəzetinə müsahibəsində bildirib: “Biz həqiqətən istəyirik ki, klub klub olaraq, biznes isə biznes olaraq qalsınlar, amma bu o demək deyil ki, biz Silverstounu satmağa hazırıq. Klub əvvəlki kimi avtodromun sahibidir, əgər biz onu satmağı düşünsək, bunu mətbuatı clb etmədən reallaşdıracayıq.

Biz trasa sərmayə yatırmağı davam etdiririk, son bir il ərzində bir neçə milyon funt vəsait xərcləmişik, biz avtodromu MotoGP yarışlarına uyğunlaşdırırıq, bokslar kompleksini və xidmət vasitələrini modernləşdiririk – Silverstoun inkişaf edir, biz qarşıdakı Qran Priyə hazırıq və lazım gələrsə, biz gələn il də Formula1 yarışını qəbul edə bilərik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*