17 Sentyabr 2019, Çərşənbə axşamı - 14:42

S.Fettelə 2015-ci ilədək müqavilə təklif olunub

S.Fettelə 2015-ci ilədək müqavilə təklif olunub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:11 - 09 İyun, 2010

Türkiyə Qran Prisində Sebastyan Fettellə Mark Uebberin toqquşması Red Bull komandasında daxili proseslərin katalizatoru rolunu oynayıb. Yalnız trasda bir araya […]

Türkiyə Qran Prisində Sebastyan Fettellə Mark Uebberin toqquşması Red Bull komandasında daxili proseslərin katalizatoru rolunu oynayıb. Yalnız trasda bir araya gəldikdə, rəhbərliyin hansı sürücüyə üstünlük verməsi üzə çıxıb.

İstanbul trasının 40-cı dövrəsində baş vermiş insidentin nəticəsi kimi Sebastyan Fettelə komanda ilə müqaviləsini uzatması təklif olunub. Autosport-un verdiyi məlumata görə, gələn ilin sonunda başa çatacaq müqavilənin daha bir il uzadılması əvvəldən nəzərdə tutulub. Amma komanda müqaviləni daha 3 il uzatmaq fikrindədir. Sürücü və komanda arasında danışıqlar başa çatmaq üzrədir və tezliklə bu barədə rəsmi bəyanat veriləcək.

Bundan başqa komanda daha bir həlledici üzvünü saxlamaq əzmindədir – baş konstruktor Ədrian Nyui. Xatırladaq ki, mövsümün lideri Mark Uebberin müqaviləsi bu mövsümün sonunda başa çatır. Tezliklə avstraliyalı sürücü də gələcəyini müəyyən etməlidir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 244
Teqlər
Paylaş

logo