Audi Pol Rikarda qalib gəlib

Rinaldo Kapello və Alan Maknişin ekipajı Lə Man seriyasının ilk mərhəsində qalib gəlib – Fransanın Pol Rikar avtodromunda başa çatan […]

Rinaldo Kapello və Alan Maknişin ekipajı Lə Man seriyasının ilk mərhəsində qalib gəlib – Fransanın Pol Rikar avtodromunda başa çatan səkkizsaatlıq yarışda yeni Audi R15 plus dominantlıq edib və ikinci yeri tutmuş Aston Martin ekipajını beş dövrə qabaqlayıb.

Alan Makniş: “Audi üçün daha bir yarışda qalib gəlmək xoşdur, amma yeni maşının ilk qələbəsi həmişə yaddaqalandır.”

Audi ilə sürətdə yalnız Peugeot 908 mübarizə apara bilərdi, amma Olivye Panisin, Nikolya Lapyerin və Stefan Sarrazanın ekipajı yarışın əvvəlində arxa pnevmoqaldırıcının problemləri üzündən döqquz dövrə itirməli olub.

Naycel Mənsellin ailəvi komandası yarışın əvvəlində yaxşı təsir bağışlasa da, problemlər üzündən finişdə 14-cü olub.

GT2 sinfində qələbəni Porsche qazanıb, Ferrari F430 GT-nin sükanı araxsında isə ən yaxşı Cankarlo Fizikellanın, Jan Alezinin və Maks Vilanderin ekipajı olub, ümumi hesabda onlar üçüncü olublar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*