S.Fettel: “Yalnız özüm günahkaram”

Sıralanma turundakı uğurundan sonra bir çoxları bugünkü yarışda da Sebastyan Fettelə qələbə verirdilər, amma gənc alman sürücü elə birinci dövrədəcə […]

Sıralanma turundakı uğurundan sonra bir çoxları bugünkü yarışda da Sebastyan Fettelə qələbə verirdilər, amma gənc alman sürücü elə birinci dövrədəcə səhvə yol verib və poulun üstünlüyünü itirib. Bəlkə Red Bull üç pit-stoplu strategiyadan imtina etsəydi, sebastyanın şansı olardı, amma komanda heç nəyi dəyişməyib…

Sebastyan Fettel: “Censon məni keçəndən sonra mən düşündüm ki, biz taktikamızı dəyişərik. Amma komanda bunu etmədi, ikinci hissədə daha yüngül maşınla mən ona tez çatdım və hətta bir hücum da etdim, mənim cəmi bir şansım oldu, sonra isə mən sadəcə vaxt itirirdim. Üç pit-stoplu strategiya səmərəsiz oldu.

Amma birinci dövrədəki səhvdə mən özüm günahkaram – doqquz-onuncu döngələr arasında az qala maşını itirəcəkdim. Bəlkə orda külək daha güclü idi, çünki bir dövrə sonra həmin yerdə yenə bu gal təkrar olundu. Məncə bu səhvim elə də bir rolu olmadı – bu gün Censon çox sürətli idi, inanmıram ki, ilk pit-stopdan sonra mən onu arxada saxlaya bilərdim.

Yarışın sonunda komanda mənə xəbər verdi ki, Mark məndən sürətlidir və mən motorun dövriyyəsini azaltdım. Pouldan start alanda qələbə arzulayırsan, amam elə birinci dövrədəcə liderliyi əldən vermək həmişə pisdir, eyni zamanda kiminsə səndən sürətli olmasını görmək də pisdir. Sonda mən üçüncü oldum və əlbəttə, bundan razı deyiləm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*