S.Fettel: “Uik-end əla keçdi”

Sebastyan Fettel mövsümdə 7-ci qələbəsini qazanıb və yaxın rəqiblərini artıq 77 xal qabaqlayır. Amma buna baxmayaraq, Fettel hələlik titul barədə […]

Sebastyan Fettel mövsümdə 7-ci qələbəsini qazanıb və yaxın rəqiblərini artıq 77 xal qabaqlayır. Amma buna baxmayaraq, Fettel hələlik titul barədə düşünmür…

Sebastyan Fettel: “Mən indi xallara baxmıram, mövsüm çox uzundur. Sözsüz ki, çempionatın əvvəli əla alınıb. Biz eyni tempdə davam etməyə çalışırıq və hər bir yarışa ayrılıqda yanaşacayıq. Əlbəttə, biz çox risk etməməliyik, amma məqsədimiz dəyişməz qalır – hər bir yarışda qələbə uğrunda mübarizə aparmaq.

Və bu gün mən çox razıyam: əgər qələbəyə şans varsa, onda, deməli, biz bu şansdan yararlanmalıyıq. Amma əgər hansısa bir gün biz kifayət qədər rəqabətədavamlı olmasaq və yalnız podiuma namizəd olsaq, onda, deməli, yalnız 3-cü yerdə olmalıyıq, 7-ci yerdə yox.

Hələlik, biz baş verənlərdən ləzzət alırıq. Son iki-üç ildə komanda böyük uğur qazanıb. Bütün şöbələr yüksək peşəkar səviyyədə çalışırlar. Biz bu cür davam etməliyik, hər bir yarışda maksimuma çalışmalıyıq.

Yarışın kənardan necə görünməsini bilmirəm, amma mənə bir az darıxdırıcı göründü. Düzdür, hər bir dövrədə maşının gözəl idarə olunmasından zövq alırdım. Fernando Alonso və Mark Uebber tərəfindən pressinq hiss olunurdu, xüsusilə pit-stoplarda vəziyyət gərginləşirdi.

Səbəbini bilmirəm, amma bu tras mənim çox xoşuma gəlir. Bu gün komanda işinin öhdəsindən əla gəldi, hərçənd, yarış ərəfəsində biz ehtiyat edirdik ki, Valensiyada bizə asan olmayacaq, amma uik-end əla keçdi və mən nəticədən razı qaldım.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*