C.Minardi: Ferrari Covinatsini gətirməli idi

Sabiq komanda rəhbəri Cankarlo Minardi bildirib ki, Ferrari italiyalı Antonio Covinatsiyə şans verməli idi.

F-1.az xatırladır ki, “qırmızılar” ilin sonunda Fettellə yollarını ayıracaqlar və onu Karlos Sayns əvəz edəcək. Namizədlər arasında Daniel Rikkardo və Antonio Covinatsi də var idi.

Cankarlo Minardi: “Ferrari-nin rəhbəri olsaydım, Covinatsiyə italyan ruhunu artırması üçün şans verərdim. İstəmirəm ki, səhv başa düşsünlər. Saynsla anlaşma qərarlarını dəstəkləyirəm. Ancaq milliyətçi düşüncələr də var.

On il əvvəl Maranelloya zəng etmişdim və onlara demişdim ki, Karlosu sürücü akademiyanıza götürün. Onu çox istəyirəm. Ferrari-nin indiki halda əlində Lekler var. Sayns da stabilliyi artıracaq, çünki hər yarış finişə çata bilir. Mən isə italiyalı Covinatsini orada görmək istəyərdim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*