S.Fettel tətil barədə xəbərdarlıq edib

Sükan üzərində düymələrin artması ilə təhlükəsizliyin azalması ehtimalı barədə sürücülərin tətil etməsi mövzusu hələ Avstraliya yarışından əvvəl də mətbuat yer […]

Sükan üzərində düymələrin artması ilə təhlükəsizliyin azalması ehtimalı barədə sürücülərin tətil etməsi mövzusu hələ Avstraliya yarışından əvvəl də mətbuat yer almışdı, amma sonra vəziyyət normallaşdı, həm də Red Bull sürücülərindən başqa heç kim bu problemi ciddi hesab eləmirdi.

Malayziya Qran Prisindən əvvəl vəziyyət yenə də təkrar olunub – Almaniyada dərc olunan Welt qəzetinin səhifələrində Sebastyan Fettel yenə də tətilin mümkünlüyündən danışıb…

Sebastyan Fettel: “Əgər vəziyyət çətinləşərsə, təhlükə artarsa, biz öz fikrimizi bildirməli olacayıq, ən uzağı yarışda iştirakdan imtina edəcəyik, amma buna qədər FİA ilə danışıqlarda məsələni ağıllı həll eləmək lazımdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*