Ş.Lekler Ferrari barədə düşünmür

Sauber komandasının sürücüsü Şarl Lekler bildirib ki, gələn il Ferrari-də yarışmaq istəyir.

F-1.az xatırladır ki, Rəykkönenin “qırmızılarla” müqaviləsi ilin sonunda bitir. Lakin sürücü mövzusunda həmişə mühafizəkar davranan Ferrari-nin birillik təcrübəsi olan Lekleri komandaya gətirəcəyi real görünmür.

Şarl Lekler: “Ferrari-də yarışacağımı unutmaq çətindir. Bu barədə soruşanda həmişə gülümsəyirəm. Amma hazırda real görünmür. Hazırda öz işimə fokuslanmışam. Məncə, bu daha vacibdir. Əgər növbəti ili düşünsəm, mənim üçün yaxşı olmaz. Buna görə də işimə fokuslanmışam. Növbəti il vaxtı gələndə bu barədə düşünəcəm. Ümid edirəm ki, orada yarışa bilərəm. Uşaqlıq xəyalımdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*