S.Fettelin mühərriyində heç bir problemə rast gəlinməyib

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, Daniil Kvyatla yaşadığı insidentə baxmayaraq, Fettelin mühərriyində heç bir problemə rast gəlməyiblər.

F-1.az xatırladır ki, Daniil Kvyat yarışın startından sonra Sebastyan Fettelə arxadan iki dəfə çırpılmışdı. Bunun nəticəsində Fettel yarışı vaxtından əvvəl dayandırmışdı.

Yarışdan sonra Arrivabene bildirmişdi ki, onlar Sebastyan Fettelin mühərriyində problemin olub-olmadığını bilmirlər.

Bəzi yoxlamalardan sonra məlum olub ki, mühərrikdə heç bir problem yoxdur.

Amma komanda Fettelin ötürmə qutusunu cəza almadan dəyişdirə bilər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*