Ş.Lekler: Belə gözləmirdim

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, bu qədər güclü olduqlarını gözləmirlərmiş.

F-1.az xatırladır ki, Karlos Sayns Bəhreyndəki cümə sərbəst yürüşlərində lider Ferstappendən 0.3 saniyə geridə qalaraq, 4-cü olub.

Şarl Lekler: “Yaxşı gün idi. Danışmaq tez olsa da, belə güclü performans göstərməyi gözləmirdik. İlk sessiya mənim üçün yaxşı keçdi. İkinci sessiyada bir az zəiflədim. Bolidlə mübarizə aparırdım. İstədiyim kimi dövrə vura bilmədim. Ancaq komanda əla işləyir. İnkişafı hiss etmək mümkündür. Görək sıralanma turunda necə olacağıq.

Komandalar bir-birlərinə yaxındırlar. Sıralanma turu da yaxın keçəcək. Mercedes və Red Bull öndə olsalar da, orta qrup yaxın olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*