S.Fettel: “Həm mənim üçün, həm də komanda üçün əla nəticədir!”

Malayziyada Sebastyan Fettel əla start alıb, Niko Rosberqi və komanda yoldaşı Mark Uebberi keçib, finişə qədər yüksək tempi saxlayıb və […]

Malayziyada Sebastyan Fettel əla start alıb, Niko Rosberqi və komanda yoldaşı Mark Uebberi keçib, finişə qədər yüksək tempi saxlayıb və rəqibləri üçün əlçatmaz olub. Mark üçün təsəlliverici faktor son dövrələrdə göstərdiyi sürətli dövrə olub, əlbəttə, bir də Red Bull-un mövsümdə birinci qələbə dublu…

Sebastyan Fettel: “Mən dərhal başa düşdüm ki, yaxşı start almışam, Nikonu asanlıqla keçdim və Marka çatdım, birinci döngəyə girəndə aşkar üstünlük məndə idi. Son anda mümkün imkandan istifadə edib onu qabaqladım. Amma ikinci döngədən o daha yaxşı çıxdı, ora çox sürüşkən idi, biz mübarizə apardıq, axı hərə özü üçün yarışır, amma sən həmişə rəqibə hörmət etməlisən. Əgər Mark mənim yerimdə olsaydı, o da eynilə hərəkət edərdi.

Bundan sonra sadəcə rəqiblərdən uzaqlaşmaq lazım idi. Mən görürdüm ki, Markla təxminən eyni tempdə gedirəm. Məncə, yarışın əvvəlində o bir qədər sürətli idi, mən isə təkərləri qorumağa çalışırdım. Ona görə də pit-stopdan əvvəl bir qədər uzaqlaşa bildim. Pitdən sonra yarış mənə uzun göründü – bur çox istidir, yaxşı ki, mənim içməli suyum qurtarmadı. Yorucu yarış alındı, hətta ümid edirdim ki, yağış yağacaq.

Yaxşı gündür! Dünənki sıralanma turu çətin olmuşdu… Bizim əla maşınımız var, biz bu gün imkan daxilində sürətli idik. Bridgestone da Malayziyaya yaxşı təkərlər gətirmişdi, hər iki tərkib normal işləyirdi.

Son nəticədə bu həm mənim üçün, həm də komanda üçün əla nəticədir, xüsusən də iki uğurusz yarışdan sonra. Əsas o idi ki, məyus olmayaq və sakit qalaq. Mövsüm uzundur və bu gün biz maksimum nəticə göstərdik, axı Mark ikinci yeri tutub – komanda maksimum xal qazanıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*