S.Fettel: “Bu gün biz çoxlu səhvə yol verdik”

Böyük Britaniya Qran Prisinin finişindən sonra ikinci yeri tutmuş Sebastyan Fettel etiraf edib ki, Ferrari və Fernando Alonso ədalətli mübarizədə […]

Böyük Britaniya Qran Prisinin finişindən sonra ikinci yeri tutmuş Sebastyan Fettel etiraf edib ki, Ferrari və Fernando Alonso ədalətli mübarizədə qalib gəliblər…

Sebastyan Fettel: “Düşünürəm ki, biz bu yarışı çox yaxşı keçirdik. Şərait çox mürəkkəb idi, mən yaxşı start ala bildim və ilk hissədə keçid təkərlərlə rəqiblərimdən uzaqlaşa bildim. Sonra biz gözləməyi qərara aldıq, aqresiv strategiyadan imtina etdik, buna görə də vaxt itirdik, sonra boksda daha çox vaxt itirdik… Bu gün çoxlu səhvə yol verdik – həmişə hər şeyi düzgün etmək mümkün deyil.

Etiraf etməliyəm ki, bu gün Ferrari-nin qələbəsi ədalətli idi. Onlar yalnız bugünkü yarışı güclü keçirmədilər – son yarışlarda bu ənənə görünürdü. Onlar yarış konfiqurasiyasında çox güclüdürlər, maşını inkişaf etdirirlər – biz də əlimizdən gələni etməliyik ki, üstünlüyümüz qoruyub saxlayaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*