Haas Uralkalidən imtina edir?

Haas komandası Barselonadakı qış testlərinin son gününü ağ rənglə tamamlamaq qərarına gəlib.

F-1.az xatırladır ki, Rusiya ordusu Ukraynanı işğal edib və bundan sonra bütün Dünya şimal qonşularımıza qarşı boykota başlayıb.

Formula1 də buna biganə qalmayıb. Artıq Rusiya qran Prisinin baş tutması şübhə altındadır. Amerikanın Haas komandası da iki ildir titul sponsor olna Uralkalinin loqotiplərini boliddən götürüb və testlərin son gününə ağ maşınla çıxıb.

Komanda bu barədə belə açıqlama verib: “Haas komandası Barselona testlərinin son günündə Uralkali loqotipləri olmadan, ağ rəngli bolidlə çıxış edəcək. Lakin tərəfdaşımızla bağı əlavə məlumat paylaşmayacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*