S.Domenikali: “Felipe əla formadadır”

Ferrari-nin başçısı Stefano Domenikali San Pauluda Felipe Massaya baş çəkib və telefonla komandanın mətbuat xidmətinə bildirib ki, braziliyalı sürücü həqiqətən […]

Ferrari-nin başçısı Stefano Domenikali San Pauluda Felipe Massaya baş çəkib və telefonla komandanın mətbuat xidmətinə bildirib ki, braziliyalı sürücü həqiqətən sürətlə sağalır…

Stefano Domenikali: “Felipe əla formadadır və çox sürətlə sağalır. Mən onun səhhətindən razı qaldım. Son iki həftədə edilmiş tibbi müayinələrin nəticələri nikbin olmağa əsas verir. Hazırda səbirli olmaq və tələsməmək vacibdir.”

Sabah Skuderiya ikihəftəlik tətildən sonra işə başlayır, yaxın günlərdə Avropa və Belçika Qran Prilərinə hazırlığa diqqət veriləcək. Qeyd olunduğu kimi Valensiyada Kimi Rəykkönenə Luka Badoyer yoldaşlıq edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*