Sauber Mercedes motoruna keçir?

Hollandiyadan gələn bəzi dedi-qodulara görə Sauber komandası Ferrari ilə yollarını ayıraraq, Mercedes-lə müqavilə bağlamağa yaxındır.

F-1.az xatırladır ki, Keçən həftə Spada yayılan əsas şayiələrdən biri dünən rəsmən təsdiq olundu – Kimi Rəykkönen mövsümün sonunda karyerasını bitirəcəyini elan etdi.

Bundan sonra bir çox bəyanatların domino effekti ilə veriləcəyi gözlənilir, amma ən əsas bəyanat İsveçrə komandasından gözlənilir – belə ki, Alfa Romeo/Ferrari alyansından lazımi diqqəti almadığı üçün Sauber komandası yenidən Mercedes-in himayədarlığına qayıtmağı düşünür.

İsveçrədə dərc olunan Blick yazır ki, tezliklə Valtteri Bottasın komanda ilə müqaviləsi açıqlanacaq. Eyni zamanda komada Mercedes motorlarına keçdiyini elan edəcək. Bununla Antonio Covinatsinin də komandadan gedəcəyi istisna olunmur – məlumata görə, italiya sürücünü komandada Frederik Vassyörün yetirməsi Teo Purşer və ya Mercedes-in yetirməsi Nik de Friz əvəz edə bilər…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*