Sauber komandası Toyota-nın bazasından istifadə edəcək

Bu yaxınlarda Kölndə bazası olan Toyota Motorsport bildirib ki, bundan sonra yalnız yarışlarda Toyota-nın texnikasından istifadə edənlərə deyil, bütün arzu […]

Bu yaxınlarda Kölndə bazası olan Toyota Motorsport bildirib ki, bundan sonra yalnız yarışlarda Toyota-nın texnikasından istifadə edənlərə deyil, bütün arzu edənlərə xidmət etməyə hazırdır. Bu təklifə razılıq verənlərdən birinci Sauber komandasının nümayəndələri razılıq veriblər.

Racing Engineering qəzetinin yazdığına görə, Kamui Kobayaşi əvvəllər çıxış etmədiyi Albert Parkın konfiqurasiyasını məhz Toyota komandasının simulyatırunda öyrənib. İstisna deyil ki, bu hələlik yalnız başlanğıcdır – tezliklə isveçrəlilər Köln bazasının digər imkanlarından da istifaaə edəcəklər. Məlum olduğu kimi, Toyota şirkəti Formula1-ə böyük məbləğlər xərcləmişdi, ona görə də bazanın avadanlıqları texnikanın son nailiyyətlərinə əsaslanırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*