Sauber komandası McLaren-in elementini nüsxələməyə hazırdır

McLaren komandası Bəhreyn Qran Prisində maarqlı texniki yenilikdən istifadə etmişdi, bu yenilik maşının düz yolda aerodinamik effektliyini artırmağa yönəlib. Gözləmək […]

McLaren komandası Bəhreyn Qran Prisində maarqlı texniki yenilikdən istifadə etmişdi, bu yenilik maşının düz yolda aerodinamik effektliyini artırmağa yönəlib. Gözləmək olardı ki, tezliklə belə bir yenilik ya FİA tərəfindən qadağan olunacaq, ya da digər komandalar tərəfindən nüsxələnəcək.

Federasiya kokpitin üst ön hissəsindəki hava kanalına heç bir reaksiya vermədi – ona görə də Albert Parkda hamı səbirsizliklə hansı komandanın birinci olaraq bu yeniliyi nüsxələməsini gözləyir.

Deyəsən, bu dəfə ilk addımı Sauber komandası atacaq – komanda yeniliyi Avstraliya Qran Prisinin ilk yürüşlərində yoxlayacaq. Komandanın texniki direktoru Villi Rampf Auto Motor und Sport-un jurnalistlərinin sualına qeyri-müəyyən cavab verib: “Gəlin bu məsələyə cümə günü qayıdarıq.”

Ekspertlər güman edirlər ki, Mercedes GP-nin maşınlarında da bu yeniiyi görmək olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*