L.di Montedzemolo Fiat-ın sədri vəzifəsini tərk edib

Ferrari-nin prezidenti Luka di Montedzemolo elan edib ki, Fiat şirkətlər qrupunun sədri vəzifəsini tərk edir. Konsernin mətbuat xidmətinin verdiyi xəbərə […]

Ferrari-nin prezidenti Luka di Montedzemolo elan edib ki, Fiat şirkətlər qrupunun sədri vəzifəsini tərk edir. Konsernin mətbuat xidmətinin verdiyi xəbərə görə, bu gün səhər keçirilmiş direktorlar şuarsının iclasında bu vəzifəyə 34 yaşlı Con Elkann seçilib – Con 19-cu əsrin sonlarında Fiat şirkətini qurmuş Covanni Anyelinin nəslindəndir, haırda məhz bu ailə konsernin sahibidir.

Montedzemolo son altı ildə konsernə başçılıq edib – bu dövrdə Fiat 90-cı illərin sonundan düşdüyü böhrandan çıxa bilib. Təcrübəli menecer bildirib ki, 2004-cü ildə onun qarşısına qoyulan bütün vəzifələri yerinə yetirib və bu istefanın əsas səbəbidir.

Amma Montedzemolo Ferrari prezidenti və Fiat-ın direktorlar şurasının üzvü olaraq qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*